Modern.az

Sabunçuda ağac dibinə basdırılmış tapança tapıldı

Sabunçuda ağac dibinə basdırılmış tapança tapıldı

Aktual

3 Oktyabr 2016, 12:08

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. 

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi Modern.az-a verilən məlumata görə. oktyabr ayının 2-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə birgə əməliyyat keçirilib.

 

Nəticədə Sabunçu rayon 2-ci Zabrat qəsəbəsində fərdi yaşayış evinin daş hasarının çöl tərəfindəki ağacın dibində basdırılmış 1 ədəd “Super-PP 2/94” və 1 ədəd “MP-654K” tipli 4,5 kalibrli tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Bakı şəhəri Sabunçu rayon Polis Idarəsində araşdırma aparılır. 

 

Modern.az


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı