Modern.az

Latviya seyminin sədri Azərbaycan-Avropa Parlamenti münasibətlərinə toxunub

Latviya seyminin sədri Azərbaycan-Avropa Parlamenti münasibətlərinə toxunub

Aktual

3 Oktyabr 2016, 12:35

“Çox şadam ki, səfərim ərəfəsində Azərbaycan Avropa Parlamenti ilə münasibətləri yenidən qurur. Bu, olduqca müsbət haldır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Latviya seyminin sədri İnara Murnietse Milli Məclisdə görüş zamanı deyib.

 

Azərbaycana səfərinin məqsədi barədə danışan seym sədri deyib ki, bu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlıdır: “Biz Avropa İttifaqının üzvü olaraq Şərq tərəfdaşlığı məsələsini daim diqqətdə saxlayırıq. Latviya 2015-ci ildən etibarən Avropa İttifaqı şurasına rəhbərlik edir. Rəhbərlik müddətində Şərq tərəfdaşlığı ölkələri ilə münasibətləri yüksək səviyyədə izləməyə çalışırıq”.

 

İnara Murnietse bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə xalqlar arasındakı münasibətləri, bundan başqa, iqtisadi, təhsil, sosial sahədə əlaqələri inkişaf etdirmək barədə müzakirələr aparıblar: “Latviya dəniz  və hava nəqliyyatı sahəsində tranzit  mövqedə yerləşdiyi üçün Azərbaycanla bu sahədə də münasibətləri inkişaf etdirə bilərik”.

 Latviya seyminin sədri İnara Murnietsenin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını və  Şəhidlər xiyabanını ziyarət edib.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı