Modern.az

“Cahan Holding”in seyfini oğurlayanlar tutuldular

“Cahan Holding”in seyfini oğurlayanlar tutuldular

Aktual

3 Oktyabr 2016, 12:35

Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Xəzər RPİ, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da “Cahan Holding” MMC-nin Gəncə şəhər filialından seyf oğurlamış quldurlar saxlanılıblar.

Daxuili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, oğrular içərisində 61250 manat və 6000 ABŞ dolları olan seyfi aparıblar.

Gəncə şəhər sakini Asif Əliyev və Bakı şəhər sakini Vasif Əliyev tutularaq istintaqa təhvil veriliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı