Ötən gecə Parisdə qaldığı mehmanxanada silahlı hücuma məruz qalan şou-biznes ulduzu Kim Kardaşyanın 10 milyon avro dəyərində zinət əşyalarının oğurlandığı bildirilir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, başlarına maska keçirən silahlı dəstə üzvləri Kardaşyanın nömrəsindən içində 5-6 milyon avro dəyərində zinət əşyası olan mücrünü və 4 milyon dollarlıq üzüyü oğurlayıblar. Bundan başqa, 2 mobil telefon da hadisə yerindən yoxa çıxıb.
Kim Kardaşyanın rəsmi nümayəndələri onun hücum zamanı xəsarət almadığını bildirsələr də dərin şok keçirdiyini vurğulayıblar.
Vüqar İSMAYILOV