Modern.az

Sürücüdən Vaqif Əsədova SUAL: “600 manatı verəndən sonra necə olacaq?”

Sürücüdən Vaqif Əsədova SUAL: “600 manatı verəndən sonra necə olacaq?”

Aktual

3 Oktyabr 2016, 14:07

Ötən həftə yol hərəkəti qaydalarının tələblərinə uyğun olmayaraq, mühərrikinin səsboğucularına müdaxilə edilməsi nəticəsində ətrafa yüksək səs-küy yayan xeyli bahalı avtomobil Bakının Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparılıb. Modern.az saytının əldə etdiyi eksklüziv məlumata görə, avtomobili cərimə meydançasına aparılanlar arasında nəqliyyat naziri Ziya Məmmədovun qohumları və digər məşhurların övladları da var. Bu avtomobillərin sahiblərinə qaytarılması üçün 600 manat tələb olunduğu vurğulanır.


Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az saytına açıqlamasında faktı təsdiq edib. O, bütün məsuliyyəti avtomobil sahiblərinin üzərinə qoyub və onlardan cəriməni ödəmələrini tələb edib.


Məsələ ilə bağlı qarşı tərəfin fikirləri daha maraqlıdır. Adının çəkilməsinin istəməyən və maşını sentyabrın 25-dən cərimə meydançasında saxlanılanlardan biri deyib ki, idarə etdiyi avtomobili Bakıdakı salonlardan birindən alıb.

“Bu adam maşına heç bir əlavə avadanlıq yerləşdirməyib. Hətta Dövlət Yol Polisi tərəfindən saxlanılan zaman deyib ki, avtomobilində hər hansı müdaxilə aşkar edərlərsə, həmin avtomobildəm imtina etməyə hazırdır”.

Hömcöhbətimiz sual edir ki, ölkəyə qanuni yolla idxal olunan və avtosalondan aldığı maşını idarə edən zaman heç bir qanun pozuntusuna yol verməsə də, indi yol polisi tərəfindən az qala “avtoş” kimi təqdim olunur ki, bu da doğru yanaşma deyil.

“İndi sual edirəm, məndən istənilən 600 manatı verəndən sonra nə etməliyəm.. Bu suala niyə cavab verən yoxdur”.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı