Modern.az

Roma Papasının prezident ailəsi ilə görüşü - FOTOLAR  

Roma Papasının prezident ailəsi ilə görüşü - FOTOLAR   

Aktual

3 Oktyabr 2016, 14:27

 

Xəbər verdiyimiz kimi, dünən Bakıda səfərdə olan Roma Papası prezident İlham Əliyevlə görüşüb.

Modern.az xəbər verir ki, Papa daha sonra ölkə başçısının ailə üzvləri ilə də bir araya gəlib və onlara hədiyyələr təqdim edib. O bildirib ki, prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.

Azərbaycan prezidenti isə Roma Papasına ölkə sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim edərək deyib:

"Azərbaycan xalçalar məkanıdır. Bu, bizim milli sənətimizdir. Bu, bizim xalça hədiyyəmizdir".

Roma Papası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə edib. Sini Roma Papası Fransisk tərəfindən yazdırılmış həsretmə lövhəsi ilə bəzədilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı