Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Modern.az-ın məlumatına görə, prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyev müdafiə çıxışı edib. Vəkil C.Hacıyevə bəraət verilməsini istəyib.
Prosesdə zərərçəkmiş qismində "Aqrar Kredit" QSC-nin nümayəndəsi də çıxış edib. O təqsirləndirilən şəxslərdən 7 milyon 624 min manat tutulmasını istəyib.
Proses davam edir.
Modern.az