Bakı şəhərindəki məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb- Fotolar
Bu gün Bakı şəhərindəki 7 nömrəli orta məktəbdə məktəbəhazırlıq qruplarının fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilir.
Modern.az xəbər verir ki, Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri, müəllimlər, valideynlər və uşaqlar iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirdə daha sonra məktəbə hazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlərdən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən məktəbin direktoru Könül Həsənova tədbir iştirakçılarını salamlayıb, uşaqları və valideynləri təbrik edib.
Bildirilib ki, 2016-2017 -ci tədris ili üçün Bakı şəhəri üzrə 847 məktəbəhazırlıq qrupuna 19538 uşaq müraciət edib. BŞTİ-nin tabelində olan 254 məktəbdə həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq vərdişlərin formalaşdırlmasıdır.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1- də başlayacaq və mayın 31-də başa çatacaq . Bununla belə , 2016-cı ildə oktyabrın 1-i şənbə gününə təsadüf etdiyindən bu il məşğələlər oktyabrın 3-dən başlayıb.
Qafar Ağayev