Modern.az

Azərbaycanlı deputatlar Belçikaya gedirlər

Azərbaycanlı deputatlar Belçikaya gedirlər

Aktual

3 Oktyabr 2016, 18:57

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev oktyabrın 4-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, millət vəkilləri Belçika Federal Parlamenti Nümayəndələr Palatasının Xarici əlaqələr komissiyasının üzvləri, Belçikanın Flamand Regionu Parlamentinin sədri, Belçikanın Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-spikeri ilə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyəti və tərəfli maraqlandıran digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər oktyabrın 7-də başa çatacaq.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı