Türkiyənin Alanya Bələdiyyəsinin bu il təşkil etdiyi 13-cü Uluslararası Alanya Caz Günləri tədbirinə qatılmaq üçün bu şəhərdə səfərdə olan Azərbaycan nümayəndə heyəti Bələdiyə Başkanı Adem Murat Yüceli ziyarət edib. Modern.az saytı xəbər verir ki, görüşdə Azərbaycanlı Milli Məclisinin deputatları Qənirə Paşayeva, Musa Qasımlı, Nizami Cəfərov və tanınmış televiziya jurnalisti Etibar Babayev iştirak edib. Alanya Bələdiyəsinin bu il təşkil etdiyi tədbirə qatıldıqları üçün minnətdarlıq edən Bələdiyyə başkanı mədəniyyət əlaqələrinin gücləndirilməsi üçün təmsil etdiyi şəhərin Azərbaycanın bir şəhəri ilə qardaş şəhər élan edilməsinə çalışdıqlarını vurğulayıb.
Qeyd edək ki, Alanyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ALKÜ Rektoru Ahmet Pınarbaşı və AHEP Üniversiteti rektorunu da ziyarət edib.
Modern.az