Polis Əhliman Gənciyevi həmyerliləri ilə birgə qızıl və zümrüd satmağa cəhd edərkən saxlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onlardan ən irisi 1,255 kiloqramdır və dəyəri 1 milyon rubldan çoxdur.
Qruplaşma üzvlərindən odlu silah, o cümlədən döyüş gülləsi atmaq üçün düzəldilən travmatik tapança götürülüb. Saxlanılanlar hələ ki heç yerə getməməklə bağlı iltizam alınandan sonra buraxılıblar. Qiymətli daş-qaşın satılmasında Gənciyevin rolunun nədən ibarət olduğu da axıra qədər müəyyənləşdirilməyib.
Gənciyev çoxdan 2016-cı ilin avqust ayında Türkiyədə güllələnən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) Yekatirinburqdakı “baxıcısı” kimi tanınır. O, Yekatirinburqdakı 4 saylı tərəvəz bazasında “obşak” üçün pul yığıb.
Gənciyevin tərəvəz bazasındakı tərəfdaşları Azər Piriyev və onun bacısı oğlu Bəhruzdur. Ancaq yaxın zamandakı dəyişiklik – bazanın gizli sahibi İvan Obuxovun həbsi, Rövşən Lənkəranskinin ölümü və digər hadisələr klanın əsas iştirakçılarını ayırıb. Bundan başqa, Rövşən Lənkəranski tərəfdən yeni “baxıcı” daha bir kriminal avtoritet Sedoy ləqəbli Ağayar Ağayev olmağa cəhd edir. O, regionda bir-biri ilə qarşıdurmada olan Şakro Molodoy klanının nümayəndəsi Avto ləqəbli Avtandil Kobeşavidze də peyda olub. Odur ki, indi hamı regionun kriminal aləmində qlobal dəyişikliyi gözləyir.
Modern.az