Modern.az

Yaşayış binasında yanğın olub

Yaşayış binasında yanğın olub

Aktual

3 Oktyabr 2016, 22:02

Paytaxtda yaşayış binasında yanğın olub. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş verib. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 110 metr kvadratı olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 17  metr kvadratı  sahədə yanmış, yüksək temperaturdan eyvanın plastik pəncərələri qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı