Modern.az

Göygöldə ağır qəza: 5 yaralı

Göygöldə ağır qəza: 5 yaralı

Aktual

3 Oktyabr 2016, 23:53

Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun, Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

 

“VAZ2107” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər, 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva, 1996-cı il təvəllüdlü Xaliq Həsənov, 1979-cu il təvəllüdlü Təhmas Əliyev, 1995-ci il təvəllüdlü Bilal Quliyev və 2004-cü il təvəllüdlü Samir Əliyev müxtəlif bədən xəsarətləri alıblar.

 

Xaliq Qurbanova hadisə yerində tibbi yardım göstərildikdən sonra, o evə buraxılıb, 10 yaşlı Samir Əliyev isə uşaq xəstəxanasına aparılır. Digər 3 nəfər isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 

 

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı