Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi azalıb.
Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2016-cı il sentyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 132,7 mln. ABŞ dolları təşkil edib. Bu, sentyabr ayının əvvəli ilə müqayisədə 1,43% və ya 59,8 mln. dollar çoxdur.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatlarının həcmində 41,1% və ya 2 mlrd. 822 mln. dollar azalma olub.
Məlumatda qeyd olunur ki, kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi oktyabr ayının 1-də 7 931,9 mln. manat təşkil edib.
Bu, sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcminin 88,1 mln. manat və ya 1,12% artdığını göstərir.
Gülşən RAUFQIZI