Modern.az

Elmar Məmmədyarov Belçikaya gedir

Elmar Məmmədyarov Belçikaya gedir

Aktual

4 Oktyabr 2016, 11:14

Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 oktyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək.

 

Bu barədə Modern.az-a XİN-dən məlumat verilib.

 

Azərbaycan Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir. Konfrans əsnasında E.Məmmadyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!