Modern.az

Bakıda biznesmen özünü GÜLLƏDİ

Bakıda biznesmen özünü GÜLLƏDİ

Aktual

4 Oktyabr 2016, 11:19

Bakıda intihar hadisəsi baş verib.

Modern.az lent.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində 1956-cı il təvəllüdlü Zəlimxan Bünyatov yaşadığı villada özünü güllələyib. O, hadisə yerindəcə keçinib.

 

Bildirilir ki, hadisə baş verərkən Z.Bünyatovun ailə üzvləri evdə olub. O, "Vinçester" markalı tüfəngi götürərək hamam otağına keçib və burada özünə atəş açıb. Səsə gələn ailə üzvləri 50 yaşlı kişinin həyatını xilas edə bilməyib.

 

İntihar edən şəxs biznesmen olub və tikinti şirkətinə rəhbərlik edirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...