Modern.az

Saakaşvili Gürcüstana dönəcəyi tarixi açıqladı

Saakaşvili Gürcüstana dönəcəyi tarixi açıqladı

Aktual

4 Oktyabr 2016, 11:33

Gürcüstanın sabiq prezidenti, hazırda Odessa vilayətinin qubernatoru səlahiyyətlərini icra edən Mixail Saakaşvili yaxın günlərdə Gürcüstana qayıdacağını deyib.

 

Modern.az xəbər verir ki, öz “Facebook”da gürcü siyasətçi onun Tbilisidə alqışlarla qarşılanacağını gözlədiyin vurğulayıb.

 

“Məni həbs edəcəklərini söz verən insanlar sərhəddə məni alqışlarla qarşılayacaq. Əziz Gürcüstan vətəndaşları, sizinlə görüşümüzə bir neçə gün qalıb. Bir neçə gündən sonra ölkənin yeni gələcəyi başlayacaq”.

 

Sabiq prezident yeni yaradacağı hökumətdə “daha humanist” olduqları üçün qadınların çoxluq təşkil edəcəyini deyib.

 

Saakaşvili oktyabrın 8-də “Vahid Milli Hərəkat” partiyasının qalib gələcəyini və növbəti gün Tbilisidə olacağını da əlavə edib.

 

Keçmiş baş nazir Bidzina İvanişvili isə geri dönəcəyi halda siyasətçinin həbs olunacağını deyib.

 

Vüqar İSMAYILOV  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı