Amerika prezidenti Barak Obama FİFA və Beynəlxalq Olimpiya Komitəsini tənqid edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident 2016-cı ilin Yay Olimpiya Oyunlarına doğma Çikaqo şəhərinin namizəd kimi daha yaxşı hazırlaşdığını lakin Olimpiya Komitəsinin məsələdə saxtakarlığa yol verdiyini deyib.
“Hamı o vaxt düşünürdü ki, mən Kopenhagenə gedib yekun seçim mərhələsində çıxış etsəm şanslarımız artacaq. Ona görə də ora uçdüm. Sonra Veynəlxalq Olimpiya Komitəsi və FİFA qərarlarının saxtalaşdırıldığına əmin olduq.
İlk turu da keçmə bilmədik halbuki bütün obyektiv kriteriyalar baxımından ən yaxşı hazırlaşmışdıq”.
2016-cı ilin Yay Olimpiya Oyunları Rio-de-Janeyroda keçirilmişdi.
Vüqar İSMAYILOV