Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə dövlət qulluğu statusu verilir.
Milli Məclisdən Modern.az-a verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunur.
Qanunun 2-ci (Dövlət qulluğu) maddəsindən “milli təhlükəsizlik” sözləri çıxarılır. Eyni zamanda “dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti” sözləri daxil edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, oktyabrın 14-də müzakirəyə çıxarılacaq.
Ağa AKİFOĞLU