Modern.az

Bağlanan “Bank Standard”ın əmanətçilərinə nə zaman pul veriləcək?

Bağlanan “Bank Standard”ın əmanətçilərinə nə zaman pul veriləcək?

Aktual

4 Oktyabr 2016, 18:09

Əmanətlərin Sığortalanması Fondu (ADİF) “Bank Standard” KB-nin qorunan əmanətçilərinə müraciət edib.   

 

Fonddan Modern.az-a verilən məlumata görə, bu ilin oktyabrın 4-də bankda sığorta hadisəsi baş verib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə oktyabrın 11-dən başlanacaq.

 

Əmanətçi kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində ərizə ilə müraciət edə bilər.

 

Fond bildirir ki, martın 1-dən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - xarici valyuta üzrə 3% və 16 sentyabr 2016-cı il tarixdən qüvvəyə minmiş milli valyuta üzrə 15% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində (1 mart 2019-cu ilədək) tam sığortalanır.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı