Modern.az

Bakıda Neftkimyası üzrə IX Beynəlxalq Məmmədəliyev Konfransı keçirilib

Bakıda Neftkimyası üzrə IX Beynəlxalq Məmmədəliyev Konfransı keçirilib

Aktual

4 Oktyabr 2016, 21:56

Bu gün Bakıda Neftkimyası üzrə IX Beynəlxalq Məmmədəliyev Konfransının açılışı olub. Modern.az saytı xəbər verir ki, konfransın işində 15 nəfər xarici qonaq iştirak edir. Konfransın açılışında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti akademik Tofiq Nağıyev, AMEA-nın Kimya bölməsinin sədri akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikasının Ombudsmanı, kimya elmləri doktoru, professor Elmira Süleymanova, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva iştirak edib. İştirakçılar əvvəlcə Neft Kimya Prosesləri İnstitutunun qarşısında Yusuf Məmmədəliyevin büstü qarşısına gül çələngi qoyublar. Sonra konfransa Rusiya Federasiyasından, Gürcüstandan və Türkiyədən gələn iştirakçılar və respublikanın elmi-tədqiqat mərkəzlərindən və ali təhsil müəssisələrindən gələn iştirakçılar Y.H.Məmmədəliyevin momerial muzeyində olublar. Muzeyin nəzdində yeni yaradılan “Gənc alimlər” klubunun açılışı olub. Klubda Y.H.Məmmədəliyevin yeni yaradılan saytının təqdimatı oldu.

Konfrans 5 bölmədə işini davam etdirir. Konfransa 226 məruzə təqdim olunacaq ki, onlardan 102 məruzə şifahi məruzələrdir.

Konfransın əsas məqsədi neftkimyası və neft emalı sahəsində əldə olunmuş elmi-texniki nailiyyətlərin müzakirəsi, tədqiqatların perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsidir.

 

Konfrans eyni zamanda ölkədə kimyanın tədrisi problemlərini, bu sahədə qabaqcıl alimlərin təkliflərini müzakirə edəcək.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı