"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavid Qurbanovun növbəti dəfə qəbuluna gələn bir qrup Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirilib. Modern.az saytı xəbər verir ki, seçicilərin müraciətlər əsasən işlə təmin olunmaq, yaşayış yeri ilə təmin edilmə, qeydiyyat, sənədləşdirmə, sosial müavinətin alınması və digər sosial problemlərlə bağlı olub.
Millət vəkilinin nümayəndəsi Həbib Misirovun verdiyi məlumata görə millət vəkili Cavid Qurbanovun tapşırığı əsasında müraciət edən seçicilərin problemlemləri dinlənilib, millət vəkilinə ünvanladıqları ərizələri qəbul edilib və burada qaldırdıqları problemlərin həlli istiqamətində ən yaxın zamanda işlərin görüləcəyi bildirilib.
Bəzi seçicilərin problemləri əlaqədar dövlət qrumları ilə birgə yerindəcə həll edilib, bəzilərinin isə ərizə və şikayət məktubların aidiyyatı orqanlara göndərilməsi üçün tapşırıqlar verilib. Bildirilib ki, millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır: "Bu gün qaçqın və məçburi köçkün soydaşlarımızın qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev də bu siyasi kursu uğurla davam etdirərək hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Sosial müdafiəyə daima ehtiyac duyan bu insanların həyat və məişət şəraitlərinin daha da yaxşılaşdırılması üçün tədbirlər görür".
Modern.az