Modern.az

Sutkada 12 cinayət tördən şəxsə hökm oxundu

Sutkada 12 cinayət tördən şəxsə hökm oxundu

Aktual

5 Oktyabr 2016, 10:51

Rusiyanın Omsk vilayətində dəfələrlə məhkum olunmuş cinayətkar Yermak Aburrəhmanova hökm oxunub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1 gün ərzində 12 cinayət (1 qətl, 1 sui-qəsd, 2 zorlama, 8 zorakılıq cəhdi) törədən 37 yaşlı şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub.

 

2015-ci il avqusutn 26-da törətdiyi silsilə cinayətlərə görə GTA-5 ləqəbi alan Yermak Abdurrəhmanov ilk olaraq spirtli içki qəbul etdiyi zaman mübahisəyə başladığı 32 yaşlı dostunu qaz tapançası ilə başından vurub. Onu ağır yaraladıqdan sonra isə hadisənin 29 yaşlı şahidini həmən silahdan öldürüb.

 

Cinayətin ardından o, ,narkotik vasitə qəbul edib və tanımadığı şəxslərin evlərinə girərək 2 qadını zorlayıb, bir neçə nəfəri döyüb və onların mobil telefonlarını ələ keçirib.

 

Abdurrəhmanov hadisədən 1 gün sonra yaxalanıb.

 

Vüqar İSMAYILOV   

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı