Türkiyə Silahlı Qüvvələrinin Suriyada "Fərat qalxanı" adı altında keçirdiyi antiterror əməliyyatının 43-сü günündə bir hərbçi şəhid olub, 3-ü isə yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Suriyanın Ziyara bölgəsində baş verib.
Türkiyə Müdafiə Nazirliyindən verilən məlumatda 75 İŞİD hədəfinə 275 atışın ediliyi və 18 terrorçunun məhv olunduğu qeyd edilib.
Mirmahmud KAZIMOĞLU