Modern.az

Prezidentin tapşırığı ilə Füzulidə iri taxılçılıq təsərrüfatları yaradılır

Prezidentin tapşırığı ilə Füzulidə iri taxılçılıq təsərrüfatları yaradılır

Aktual

5 Oktyabr 2016, 13:00

Füzuli rayon İcra Hakimiyyətində strateji məhsul olan taxılçılığın inkişafına həsr olunan müşavirə keçirilib. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun kənd təsərrüfatı üzrə aidiyyəti idarə, müəssisə və təşkilatları, bələdiyyələr, fermerlər və taxıl istehsalçıları iştirak edib.


Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqlarının Füzuli rayonunda uğurla icra olunduğunu, ölkə başçısının tapşırıqlarına uyğun olaraq rayonda strateji məhsul olan taxılçılığın inkişafına xüsusi diqqət yetirildiyini, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görüldüyünü bildirib.  

Alı Alıyev qeyd edib ki, aqrar rayon olan Füzuli yarandığı gündən iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib.
“Hələ Sovetlər dömənində Füzuli rayonu taxılçılıqda qazandığı yüksək nəticələri ilə respublikada digər rayonlarından fərqlənib, bu sahədə özünəməxsus yeri olub. Rayonun taxıl istehsalçılarından 4 nəfər əldə etdikləri yüksək nəticəyə görə SSRİ-nin ən ali fəxri adına Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Müstəqillik illərində də bu  sahənin inkişafına xüsusi diqqət yetirilmiş, strateji məhsul olan taxılçılıqda yeni sortlar, məhsuldarlığa  təsir göstərən mineral gübrələr əldə edilmiş, taxıl istehsalı ildən-ilə artırılmışdır. 2001-2016-cı illər ərzində rayonda  1 miliyon 100 min tondan çox taxıl istehsal olunmuş, hektarların məhsuldarlığı 15-18 sentnerdən 35-37  sentnerə çatdırılmışdır”.


Rayonun strateji məhsul olan taxılçılıqla bağlı son altı ildəki nəticələri barədə danışan Alı Alıyev qeyd edib ki, son altı ildə rayonda 650 min tondan artıq taxıl istehsal olunub, Füzuli rayonu respublikamızda hər il 100 min tondan artıq taxıl istehsal edən 5 rayondan birinə çevrilib. Taxıl istehsalçılarımız bu iltehsal olunan 121 min ton nəticəsini də son hədd hesab edib.


“Sözsüz ki, əldə olunan uğurlu nəticələrdə iri taxılçılıq təsərrüfatlarının xüsusi rolu olub. Rayonun Haramı adlanan ərazisində yaradılmış Kraunko adlı taxılçılıq təsərrüfatı əldə etdiyi yüksək nəticələri ilə daim seçilmişdir. Prezident  İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayonda bu il ilk dəfə olaraq hər biri 1000 hektar sahəni əhatə edən 4 iri  taxılçılıq təsərüfatı yaradılmışdır. Füzuli rayonu yaxın bir neçə ildə taxıl istehsalını hər  hektarın  məhsuldarlığını artırmaq şərti ilə 130-150 min tona çatdırmağı qarşısına məqsəd qoymuşdur.”-deyə Alı Alıyev vurğulayıb.


Bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq yaradılan iri taxılçılıq təsərrüfatlarında aqro texniki tədbirlərin həyata keçirilməsinə yerli mütəxəsislər cəlb olunacaq, həmin təsərrüfatlarda yüzlərlə məcburi köçkün işlə təmin olunacaq, onların sosial-rifah halları yaxşılaşdırılacaq. Həmin təsərrüfatlarda istehsal olunan yüksək keyfiyyətli taxıl Dövlət Taxıl Fonduna tədarük olunacaq.  


Müşavirədə çıxış edənlər Prezident İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq Füzuli rayonu ərazisində də iri taxılçılıq təsərrüfatlarının yaradılmasını müsbət qiymətləndiriblər. Qeyd ediblər ki, rayonda iri taxılçılıq təsərrüfatlarının yaradılması həm iqtisadi cəhətdən daha artıq gəlir əldə edilməsinə, həm də daha çox insanın bu sahənin hesabına məşğulluğunun təmin olunmasına səbəb olacaq.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı