Modern.az

Mədəniyyət və Turizm Nazirliyində struktur dəyişiklikləri olacaq

Mədəniyyət və Turizm Nazirliyində struktur dəyişiklikləri olacaq

Aktual

5 Oktyabr 2016, 15:48

Yaxın gələcəkdə regionlarda işin daha səmərəli təşkili məqsədilə mədəniyyət və turizm şöbələrinin strukturunda dəyişikliklər olacaq.

Modern.az xəbər verir ki, bu barədə Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində şimal bölgəsində turizmin mövcud vəziyyətinə, turizm rekreasiya zonalarının inkişafına həsr olunan regional müşavirədə bildirilib.

Müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq strukturlarının rəhbərləri, rekreasiya zonalarında yerləşən rayonların icra hakimiyyətlərinin nümayəndələri, bölgədəki turizm obyektlərinin sahibləri iştirak ediblər.

Toplantıda qeyd olunub ki, respublika üzrə 15 regional mədəniyyət və turizm şöbəsinin təşkili nəzərdə tutulub.

Turizmin mövcud vəziyyəti, turizm rekreasiya zonalarının inkişafına həsr olunan növbəti müşavirə İsmayıllı rayonunda keçiriləcək.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı