Modern.az

Azərbaycanda 24 nəfərə sümük iliyi köçürülüb

Azərbaycanda 24 nəfərə sümük iliyi köçürülüb

Aktual

5 Oktyabr 2016, 16:50

 

Azərbaycanda indiyə kimi 24 nəfərə sümük iliyi köçürülüb.

 

Modern.az-ın xəbərin görə, bunu Baş hematoloq Çingiz Əsədov deyib.

 

Onun sözlərinə görə, sümük iliyi köçürmələrinin hamısı uğurla başa çatıb:

 

“Azərbaycanda sümük iliyinin transplantasiyasına 2014-cü ilin mayın 9-dan başlanılıb. Sümük iliyi köçürülən şəxslərin 20-si böyük talassemiya, 4-ü aralıq talassemiya xəstəsi olub.

 

Bütün köçürmələr uğurla başa çatıb. Bu xəstələrə sümük iliyi köçürüldükdən sonra onların heç birinə nə qan köçürülüb, nə də dəmirqovucu preparat verilib”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı