Modern.az

AZAL təyyarədəki qalmaqala aydınlıq gətirdi

AZAL təyyarədəki qalmaqala aydınlıq gətirdi

Aktual

6 Oktyabr 2016, 09:47

“Azərbaycan Hava Yolları” (AZAL) aşağı büdcəli brendi- AZALJET-in Bakıdan İstanbula uçan reysində sərnişinlər və şirkət əməkdaşları arasında  baş verən narazılığa aydınlıq gətirib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Modern.az-a açıqlamasında deyib ki, burada hansısa qalmaqaldan söhbət getmir:

 

“Beynəlxalq praktika ilə müəyyən olunmuş məsələlər var. Məhz ön sırada əyləşmək üçün əlavə pulun verilməsi də bunlardandır. AZAL nə isə kəşf etməyib”.

 

AZAL rəsmisi bildirib ki, sərnişin daha komfortlu yer istəyirsə, buna uyğun da ödəniş etməlidir:

 

“Bu, beynəlxalq praktikadır. Daha rahat, komfortlu yerə uyğun ödəniş edilməldir. İstənilən halda bu məsələ araşdırılacaq”.

 

Qeyd edək ki, xoşgəlməz hadisə oktyabrın 5-də, "J2 80 79" reysi ilə hərəkət edən təyyarədə baş verib. Sərnişinlərdən biri yerinin narahat olması səbəbindən qarşıdakı boş oturacaqda əyləşmək istəyib. Stüardessa isə həmin yer üçün 15 avro tələb edib.

 

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı