Dünən kimya üzrə elan olunan 3 Nobel mükafatçısından biri yeni yaradılan Fransa-Azərbaycan Universitetinin (UFAZ) professorudur.
Modern.az-ın xəbərinә görә bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valhov deyib.
O qeyd edib ki, Nobel mükafatçısı Fransanın Strasburq Universitetinin professoru Jan Pierre Savigdır.
"Azərbaycanda bu il yeni fəaliyyətə başlayan UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Fransanın Strasburq Universitetinin birgə tərəfdaşlığı ilə yaradılıb.
Biz yaxın gələcəkdə bu universitetdə Nobel mükafatçısı Jan Pierre Savigin mühazirlərinin şahid ola biləcəyik".
Ağa AKİFOĞLU