Antalya ədliyyəsinə içəridə canlı bomba olduğu haqqında bildiriş daxil olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə binası dərhal polislər tərəfindən boşaldılıb və bina ətrafında geniş təhlükəsizlik tədbirləri alınıb.
Hadisə yerinə bomba məhvetmə mütəxəssisləri və xüsusi təyinatlı polis bölmələri sövq edilib. Araşdırmalar aparılır.
Mirmahmud KAZIMOĞLU