Qəzza zolağına hava hücumu hazırlığında olan İsrail ordusuna aid F-16 tipli qırıcısı Ramon hərbi bazasına enişi zamanı alovlanaraq qəza törədib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, verilən yazılı açıqlamada, hadisədə qırıcının pilotu mayor Ohad Cohen Novun öldüyü, köməkçisinin isə yüngül şəkildə yaralandığı ifadə edilib.
Təyyarənin alovlanması bağlı ətraflı məlumat verilməyib. İsrail hava qüvvələri faktla bağlı istintaqın başladığını bildirilib.
Qeyd edək ki, İsrail ordusu dünən Qəzzadan Sderot şəhərinə raket atıldığını iddia edərək Qəzzaya 35 hava hücumu gerçəkləşdirib.
Qafar Ağayev