Modern.az

Oğuzda kəndə girən ayını elektrik cərəyanı vurub  

Oğuzda kəndə girən ayını elektrik cərəyanı vurub   

Aktual

6 Oktyabr 2016, 20:03

Oğuzun Xaçmaz kəndinə hücum edən ayını elektrik cərəyanı vurub. Modern.az saytı xəbər verir ki, ARB Şəki-nin məlumatına görə, axşam saatlarında kənd sakini Əlibala Nəbiyev bağının yaxınlığında transformatorun yerləşdiyi ərazidə ayı görüb. Yaxınlaşdığı zaman məlum olub ki, heyvanı elektrik cərəyanı vurub.

 

Ayının kəndə hücumundan təşvişə düşən kənd sakinləri bu halın dəfələrlə təkrarlandığını deyiblər. Onların sözlərinə görə, axşam saatlarında ayı nəriltisini eşitmək artıq adi hal alıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...