Modern.az

Bu ərazilərin qaz təchizatında məhdudiyyət olacaq

Bu ərazilərin qaz təchizatında məhdudiyyət olacaq

Aktual

6 Oktyabr 2016, 20:43

Bu gün bəzi ərazilərə təbii qaz verilməsində məhdudiyyətlər olacaq. Modern.az saytı xəbər verir ki,  “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, buna səbəb aparılan abadlıq işləri ilə bağlı qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsidir. Qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 7-də saat 9-dan 18-dək Abşeron rayonunun Xırdalan şəhəri və Güzdək, Qobu qəsəbələrinin həmçinin Hökməli, Nübar, Atyalı və Quşçuluq adlanan ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonunun Şüvəlan və Binəqədi rayonunun Binəqədi, Rəsulzadə qəsəbələri ərazisinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı