Modern.az

“Türk Hava Yolları” təhlükəsizlik tədbirlərini gücləndirib

“Türk Hava Yolları” təhlükəsizlik tədbirlərini gücləndirib

Aktual

6 Oktyabr 2016, 22:47

Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanlarında da ciddi təhlükəsizlik tədbirləri görülür. Bu gün jurnalistlər qarşısına çıxan "Turkish airlines"-ın idarə heyətinin sədri İlker Aycı da bildirib ki, terror bu gün beynəlxalq birliyin ümumi problemidir: “Türkiyə bu problemə qarşı mübarizədə digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. "Turkish Airlines" sərnişin axınına görə Avropada ikinci sayılan Atatürk hava limanında təhlükəsizliyin artırılması üçün ciddi tədbirlər görüb”.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi