Modern.az

Poroşenko Saakaşvilini istefaya göndərə bilər

Poroşenko Saakaşvilini istefaya göndərə bilər

Aktual

7 Oktyabr 2016, 16:39

Ukrayna prezidenti Pyotr Poroşenko bu gün Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini istefaya göndərə bilər.

 

 Modern.az xəbər verir ki, bu haqda Gürcüstan KİV-i keçmiş deputat İrakli Qoqavaya istinadən məlumat yayıblar.

 

Qoqava Ukraynadkı şəxsi mənbələrinə istinadən iddia edir ki, Poroşenko Saakaşvilini işdən çıxarmaq haqda qərar qəbul edib. Onun fikrincə, prezident bu qərarını Odessaya bugünkü səfəri zamanı elan edəcək.

 

Odessanın qubernatorunu Ukraynanın keçmiş energetika naziri İvan Plaçkovun əvəz edəcəyi də bildirilir.

 

Qaqava özünün “Facebook” səhifəsində onu da qeyd edib ki, informasiya rəsmi deyil, ancaq hadisələrin gedişini izləmək lazımdır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...