Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, eləcə də, Azərbaycanın Yaponiyadakı səfirliyinin, Türk Hava Yollarının Bakı ofisinin və “Gilan Hospitality Group”un dəstəyi ilə Yaponiyanın turizm sənayesi üzrə nümayəndə heyəti Azərbaycana gəlir. Modern.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər 10-14 oktyabr tarixlərində reallaşacaq. Səfər çərçivəsində 10 oktyabrda Azərbaycan və Yaponiyanın turizm şirkətləri nümayəndələrinin iştirakı ilə Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının Prezidenti Tadaşi Şimura tərəfindən “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” mövzusunda təqdimat keçiriləcək.
Qeyd edək ki, nümayəndə heyətinin paytaxt Bakı ilə yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonu ilə tanışlığı planlaşdırılır.
Modern.az