Modern.az

Səməd Seyidov 10 deputatı Avropaya aparır

Səməd Seyidov 10 deputatı Avropaya aparır

Aktual

8 Oktyabr 2016, 09:22

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətinə deputatlar Vüsal Hüseynov, Qənirə Paşayeva, Rövşən Rzayev, Sahibə Qafarova, Rafael Hüseynov, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Müslüm Məmmədov, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı