Modern.az

Siyavuş Novruzov: “YAP müstəqilliyin 25 illiyinə hazırlaşır”

Siyavuş Novruzov: “YAP müstəqilliyin 25 illiyinə hazırlaşır”

Aktual

8 Oktyabr 2016, 15:29

Oktyabrın 18-də müstəqilliyimizin 25-ci ildönümü qeyd olunacaq.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında keçiriləcək tədbirlər barədə məlumat verib.

“Yeni Azərbaycan Partiyası, müstəqilliyimizin 25-ci ildönümü ilə əlaqədar müxtəlif səpkidə tədbirlər keçirəcək. Tədbirlər həm bölgələrdə, həm də paytaxtda baş tutacaq. Bununla bağlı dövlət proqramı var. Biz də dövlət proqramına uyğun olaraq tədbirlərimizi keçirəcəyik”.

Siyavuş Novruzov, müstəqilliyimizin 25-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərin vaxtını da açıqlayıb.

Biz adətən, tədbirlərə bir-iki həftə qalmış başlayırıq. Müstəqilliyimizin 25-ci ildönümünə həsr olunan tədbirlərimizə  gələn həftədən start verəcəyik”.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı