Modern.az

Azərbaycanlı namizəd Gürcüstan parlamentinə seçiləcəyi anonsunu verdi

Azərbaycanlı namizəd Gürcüstan parlamentinə seçiləcəyi anonsunu verdi

Aktual

8 Oktyabr 2016, 17:07

“Gürcüstanda parlament seçkiləri çox normal şəraitdə keçirilir. Əvvəlki seçkilərə baxanda azərbaycanlıların aktivliyi çox yüksəkdir. Onlar seçki məntəqələrinə böyük coşquyla gəlirlər”.

 

Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentinin deputatlığına namizədi Ruslan Hacıyev deyib.

O, həmçinin, seçkilərdə qalib gələcəyinə inandığını da vurğulayıb.

 

“Seçkilərdə qalib gələcəyimə inanıram. İnamım olmasaydı, namizədliyimi irəli sürməzdim. Seçkilərdə böyük aktivlik müşahidə olunur. Hər kəs seçim imkanından fəal şəkildə istifadə edir”.

Ruslan Hacıyev, seçki günü Gürcüstanda qarışıqlığın baş verməsi barədə yayılan informasiyalara da aydınlıq gətirib.

 

"Seçki başlayandan elə ciddi hadisə baş verməyib. Sakaşvilinin adamlarının döyülməsi barədə informasiyalar yazılır. Halbuki, bunların hamısı provakasiya xarakteri daşıyır. Bunlar “Vahid milli hərəkat” partiyasının oyunlarıdır. Öz adamları bunu bilərəkdən yayırlar. Seçkilərə ləkə vurmağa çalışırlar. Müxalifətin maşınında yanğın baş verib. Bunu da özləri edirlər”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı