Modern.az

Gürcüstanda səsvermə başa çatıb: “Exit-poll”un nəticələri

Gürcüstanda səsvermə başa çatıb: “Exit-poll”un nəticələri

Aktual

8 Oktyabr 2016, 21:01

Gürcüstandakı parlament seçkilərində “Exit-poll” keçirən ABŞ-ın TNS şirkəti nəticələri açıqlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticələrə görə “Gürcü arzusu-demokratik Gürcüstan” hakim partiyası 53,8 faiz səs toplayıb.

Hakimiyyətdə olan keçmiş “Vahid milli hərəkat” partiyası 19,5 faiz səslə ikincidir.

Sorğuya görə, baryeri aşmaq şansı “David Tarxan-Mouravi, İrma İnaşvili - Vətənpərvərlər Alyansı, Birləşmiş müxalifət” və “İrakli Alasaniya-Azad demokratlar” bloklarının da var. Bu iki blok 5 faiz səs toplaya biliblər.

Leyboristlər Partiyası 3,1, Respublika Partiyası və “Paata Burçuladze-Dövlət xalq üçün” bloku 2,7, “Burcanadze-Demokratik hərəkat” bloku 2,3 faiz səs yığıblar. Qalan partiyalar 1 faizə qədər səs toplayıblar.

GFK beynəlxalq şirkətinin keçirdiyi “Exit-poll”un nəticələri isə fərqlidir. Bu şirkətin sorğusuna görə, “Vahid milli hərəkat” 32,74, “Gürcü arzusu” 39,9 faiz səs toplaya bilib.

“Exit-poll”un nəticəsinə görə, daha bir partiya – Vətənpərvərlər Alyansı” bloku da 5 faizlik baryeri aşa bilir.

Ardınca 4,21 faiz səslə Leyboristlər Partiyası, 3,21 səslə “Azad demokratlar” İrakli Alasaniya” bloku gəlir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...