Modern.az

Lənkəranda ağır qəza: ana və oğul yaralanıb

Lənkəranda ağır qəza: ana və oğul yaralanıb

Aktual

8 Oktyabr 2016, 22:29

Lənkəran rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, qəza Ələt-Astara magistral yolunun yeni çəkilən hissəsində qeydə alınıb.

Yol ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində maşında olan sərnişin - 1932-ci il təvəllüdlü Fərziyeva Humayə və onun oğlu – sürücü Fərziyev Xeyrulla (1950-ci il təvəllüdlü) xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Fərziyeva Humayə çoxsaylı qabırğa sınıqları və bazu sümüyünün yuxarı 1/3-də yerdəyişən qəlpəli sığı diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alana isə ambulator yardım göstərilib.

Ana və oğul Bakıdan Astara rayonuna yas mərasiminə gedirlərmiş.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı