Modern.az

Qəbələdə ağır qəza: hərbçi öldü

Qəbələdə ağır qəza: hərbçi öldü

Aktual

9 Oktyabr 2016, 00:44

Bu gün axşam saatlarında Qəbələnin Zarağan kəndi ərazisində ağır yol qəzası qeydə alınıb. Modern.az saytı  xəbər verir ki, ARB Şəki-nin məlumatına görə, 36 BB 211 dövlət nömrə nişanlı Vaz 21011 markalı avtomobil yolu keçən Göyçay sakini Xəlilov Elşən Şəfəq oğlunu vurub.

 

Qəbələdə yerləşən hərbi hissələrdən birində müddətdən artıq xidmət edən Elşən Xəlilov hadisə yerindəcə keçinib.

 

Hələlik piyadanı vuran şəxsin kimliyi müəyyənləşməyib. Fakt araşdırılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı