Modern.az

Millimizi Çexiyaya aparan təyyarədə texniki nasazlıq yaranıb

Millimizi Çexiyaya aparan təyyarədə texniki nasazlıq yaranıb

Aktual

9 Oktyabr 2016, 22:14

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq milli komandamız bu gün oyunun keçiriləcəyi Ostrava şəhərinə yola düşüb. Modern.az saytı xəbər verir ki, Apasport.az-ın görə, saat 16:00-da yola düşməli olan təyyarə bir qədər gecikmə ilə havaya qalxıb.

 

Havada olarkən isə nəqliyyat vasitəsində texniki nasazlıq yaranıb. Belə ki, təyyarənin təkərlərindən birinin tam qapanmaması uçuş sırasında həyəcan yaradıb. Bu barədə sərnişinlərə də məlumat verilib və bildirilib ki, Bakıya dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra yenidən yola düşüləcək.

 

Ancaq sonradan təyyarə ekipajı artıq problemin aradan qaldırıldığını və uçuşun marşrut üzrə davam etdiriləcəyini bildirib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı