Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri bu gün başa çatıb. Modern.az saytı xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsini salamlayıb.
Prezident İlham Əliyevi Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Modern.az