Modern.az

Ər 40 günlük körpəsi olan həyat yoldaşını öldürüb

Ər 40 günlük körpəsi olan həyat yoldaşını öldürüb

Aktual

10 Oktyabr 2016, 22:28

Abşeronda qətl hadisəsi olub. Modern.az saytı xəbər verir ki, Femida.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində baş verib. Belə ki, Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb. Lalənin nənəsinə isə ağır bədən xəsarətləri yetirib.

Ağdam rayonundan məcburi köçkün olan Lalə Muxtarova özündən yaşca böyük olan əmisi oğluna ərə gedib. Bu nikahdan 40 günlük körpələri var. Qətlə yetirilən Lalə Muxtarova Ağdam rayonundan olan məcburu köçkün ailəsindəndir.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsi faktı təsdiqləyib. Fakt üzrə araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı