Modern.az

Türkiyənin ölkəmizə yeni təyin olunan səfiri Bakıya gəlib

Türkiyənin ölkəmizə yeni təyin olunan səfiri Bakıya gəlib

Aktual

10 Oktyabr 2016, 23:18

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral Bakıya gəlib. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı "Report" yayıb. Məlumata görə, səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra diplomatik fəaliyyətə başlayacaq.

E.Özoral bu postda fəaliyyətini Türkiyə Xarici İşlər Nazirliyində davam etdirəcək İsmayıl Alper Coşqunu əvəz edəcək.

Xatırladaq ki, E.Özoral buna qədər Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın müavini qismində Bakıda çalışıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...