Bu gün futbol üzrə “Dünya Çempionatı-2018”in seçmə mərhələsində 3-cü tura yekun vurulacaq.
Modern saytı xəbər verir ki, Azərbaycan milli komandası da növbəti oyununa çıxacaq.
Komandamız səfərdə Çexiyanın qonağı olacaq. Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum xal toplayan millimiz çətin səfər qarşılaşmasından da sərəfli nəticə ilə dönmək əzmindədir.
Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcəklər.
Komandamızın heyəti:
Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov (Zədəsi var, sabah dəqiqləşəcək oynayıb-oynamaması. Əks halda, Bədavi Hüseynov oynayacaq), Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Namiq Ələsgərov, Ramil Şeydayev, Ruslan Qurbanov.
22:45. Çexiya - Azərbaycan
22:45. Almaniya - Şimali İrlandiya
22:45. Norveç - San Marino
| 1. | Almaniya | 2 | 2 | 0 | 0 | 6:0 | 6 |
| 2. | Azərbaycan | 2 | 2 | 0 | 0 | 2:0 | 6 |
| 3. | Şimali İrlandiya | 2 | 1 | 1 | 0 | 4:0 | 4 |
| 4. | Çexiya | 2 | 0 | 1 | 1 | 0:3 | 1 |
| 5. | Norveç | 2 | 0 | 0 | 2 | 0:4 | 0 |
| 6. | San Marino | 2 | 0 | 0 | 2 | 0:5 | 0 |