Modern.az

Azərbaycan Suriyaya yardım göndərəcək

Azərbaycan Suriyaya yardım göndərəcək

Aktual

11 Oktyabr 2016, 09:57

 

Azərbaycan, Çin, Serbiya, Hindistan və Qazaxıstan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır.

 

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda deyib.

 

Nazir müavini söyləyib ki, Rusiya Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başladıb və beynəlxalq ictimaiyyəti bu səylərini dəstəkləməyə səsləyir.

 

“Rusiyanın Suriyadakı fəaliyyətinin mühüm məqamı bu ölkənin xalqına humanitar yardım təmin etməkdən ibarətdir. Son zamanlarda Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başlatmışıq. Üstəlik, beynəlxalq ictimaiyyətə, qabaqcıl ölkələrin müdafiə nazirliklərinə müraciət edərək, onları da bu səylərə dəstək verməyə çağırmışıq.

 

Belarus bizi dəstəkləyiib. Eyni zamanda Çin, Azərbaycan, Serbiya, Hindistan, Qazaxıstan da humanitar yardım göndərməyi planlaşdırır”- deyə o vurğulayıb.

 

 

Ağa AKİFOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı