Modern.az

Bakıda 670 bal toplayan tələbə özünü öldürdü

Bakıda 670 bal toplayan tələbə özünü öldürdü

Aktual

11 Oktyabr 2016, 10:47

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

 

Modern.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Maarif Hüseyn oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

 

Qeyd edək ki, M.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi