Modern.az

5 dövlət başçısı Yerevanda toplaşır

5 dövlət başçısı Yerevanda toplaşır

Aktual

11 Oktyabr 2016, 10:54

Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Yerevana səfər edəcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kollektiv Təhlükəsizlik Şurasının dövlət başçılarının iclasına qatılmaq üçün bu ölkəyə gedəcək.

 

Xatırladaq ki, oktyabrın 14-də Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentlərinin iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası baş tutacaq. İclasda Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi seçiləcəyi gözlənilir.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır